Karantin rejimi ilə bağlı Şahmar Mövsümovdan AÇIQLAMA

26 Fevral 2021 23:48

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Milli.Az azerforum.com-a istinadən bildirir ki, Şahmar Mövsümov açıqlamasında bildirib ki, bununla bağlı hər hansı bir məlumat yoxdur.

"Əgər elə bir məlumat olarsa, onunla bağlı ictimaiyyətə məlumat veriləcək", - Prezidentin köməkçisi bildirib.

Milli.Az