Bakıda iki avtomobil toqquşub

26 Fevral 2021 23:39

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda "Mercedes" və "Hyundai" markalı iki minik avtomobili toqquşub.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə sürücünü deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az