Azərbaycan: ölümü görən, düşməndən qorxmayan uşaqlar - VİDEO

27 Fevral 2021 07:05

"Kağız ev"... Hər birimiz evimizin alınmaz qala, sabit və dayanıqlı, sarsalmız və hərdaim var olacağını düşünürük. Buna əminik. Amma gün olur, düşmən atəş açır, top mərmisi evə düşür və ev dağılır. Ya da divarı uçur. Ya da evdəkilərdən kimsə və yaxud kimlərsə həlak olur, yaralanır.

Uşaqlar üçün ev daha qutludu. Çünki o evdə böyüyür, yaşayır, böyük olurlar. Kiçiklikdə böyük bildiyi evin hədəfə çevrilməsi uşaqları qorxudur. Ölümdür, qandır, qorxudur müharibə.

"Müharibə sənin üçün nədir?" sualına evləri hədəflənən, vurulan, dağılan uşaqların cavabları riqqətdir.

"Azərbaycantelefilm"in istehsalı olan "Kağız ev"dəki uşaqlar. Müharibə uşaqları. Onlar başqalarına əsla bənzəməz və bənzəmirlər də.

"Bura bizim evimizdi. Ermənilər oradan topa tutublar, gəlib düşüb evimizə" deyir bir cocuq.

"Müharibə mənim üçün dostumun ölümü" söyləyir bir gündə böyüyən başqa cocuq.

"Müharibə mənim üçün fəlakətdi" deyir balaca qızcığaz - kövrələrək, udqunaraq.

Gerçəkdən də, onların dünyanı görmələri, həyatı, gələcəyi fərqlidir.

"Budur qayıtmışıq yenə, atacan,

Kimi şəhid, kimi qazi, kimi ruh..."

Fevralın 27-si, 12.30, AzTV, "Kağız ev" sənədli filmi. Baxmağa dəyər - dəyərlər üçün...

Milli.Az