Ankaranın Atakule zirvəsi Xocalı soyqırımı şəhidlərinin xatirəsinə Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə işıqlandırılıb

26 Fevral 2021 22:07

Türkiyənin paytaxtı Ankaranın məşhur simvollarından olan Atakule zirvəsi Xocalı soyqırımı şəhidlərinin xatirəsini anmaq məqsədilə Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə işıqlandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ankaranın bir çox yerindən görünən qüllədə türk və ingilis dillərində yazılmış "Xocalını heç vaxt unutmayacağıq!" ifadəsi əks olunur.

Milli.Az