Rübabə Muradovanın qızı vəfat etdi

26 Fevral 2021 17:55

Mərhum Xalq artisti Rübabə Muradovanın qızı Şahnaz Bəşirova dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə "qafqazinfo"ya mərhumun yaxınları məlumat verib.

67 yaşlı Şahnaz Bəşirova ürəktutmadan vəfat edib.

Qeyd edək ki, Xalq artistinin Şahnaz Bəşirovadan başqa Qəmər adlı qızı var.

Milli.Az