"Bunu ölü yesə dirilər" - Naxçıvanın məşhur şirniyyatı - VİDEO

27 Fevral 2021 16:07

Milli.Az Lent.az-a istinadən resepti təqdim edir.

Bu dəfə sizə sosial şəbəkədəki "Ağababa Ağababa" səhifəsinə istinadən fərqli dada malik şirniyyatın hazırlanma qaydasından danışacağıq. Naxçıvan mətbəxinin ləziz şirniyyatı Tərəyin hazırlanma qaydası da asandır.

Bu şirniyyatı hazırlamaq üçün bizə lazım olan ərzaqlar bunlardır:

1 stəkan un

1 stəkan şəkər tozu

1/2 stəkan üzüm doşabı

3 stəkan qaynanmış soyuq su

1 qram duz

100 qram kərə yağı

50 qram xırdalanmış və qovurulmuş qoz

Bu sadə şirniyyatın hazırlanma qaydasını aşağıdakı video ilə təqdim edirik:

Milli.Az