"Yaxın zamanlarda 3-cü dalğanı gözləyə bilərik" - Professordan HƏYƏCAN

26 Fevral 2021 23:15

Türkiyəli professor Yeşim Taşova cəmiyyətin 70 faizinin və daha çoxunun immunitet siteminin güclənmədiyini deyib.

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, insanlar izolyasiya tədbirlərindən bezdiyi üçün qaydalara əməl etmir: "Bunun nəticəsində də yaxın zamanlarda 3-cü dalğanı gözləyə bilərik. Xüsusilə son zamanlarda ortaya çıxan mutasiya virusu dünya ölkələrinə yayılmaqda davam edir. Bu bizi daha da qorxudur. 3-cü dalğa təbii ki, ola bilər. Çünki cəmiyyətin 70 faizinin hələ də immunitet sistemi güclənməyib. Bu olmadığı müddətdə insanların çoxu virusa yoluxacaq. Ona görə də insanlar qaydalara əməl etməlidir". /medicina.az

Milli.Az