UEFA-dan “Qarabağ”a növbəti vəsait - 2473,70 avro

26 Fevral 2021 17:49

UEFA-dan "Qarabağ"ın büdcəsinə növbəti vəsait daxil olub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, buna Ağdam təmsilçisinin futbolçularının 2018-20-ci illər ərzində Avropa çempionatının seçmə mərhələsinin pley-off oyunlarında iştirakı səbəb olub.

Bu səbəbdən UEFA klub üçün 2473,70 avro maliyyə vəsaiti ayırıb. Bu məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Milli.Az