«Porsche» «Panamera»ları geri çağırdı
27 Aprel 2010 17:20
"Reuters"in məlumatına jörə, bu modellərin təhlükəsizlik kəmərində nöqsan aşkarlanıb. Kəməri çəkən zaman müəyyən çətinliyin yaranması şirkətin bütün "Panamera"ları geri çağırmasına səbəb olub. İndiyədək şirkət 11 300 "Panamera" satıb.
Milli.Az