Ermənistandakı çevriliş cəhdinə Ərdoğandan reaksiya

26 Fevral 2021 16:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin ötən gün Ermənistanda yaşananlarla bağlı sualına bir cümləlik açıqlama verib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, Ermənistanda Baş nazir Nikol Paşinyanın tərəfdarları və əleyhdarları arasındakı qarşıdurmaya münasibət bildirən ölkə başçısı çevriliş cəhdini pisləyib.

"Çevrilişin hər növünə qarşıyıq. İdarəetmə dəyişəcəksə bunu ermənistan xalqı edər. Məsələ çevriliş olanda olaya baxışımız dəyişir", - cümə namazından sonra jurnalistlərin suallarını cavablayan Ərdoğan söyləyib.

Bəxtiyar Umarlı
Milli.Az