Qaqanın köməkçisini öldürüb itlərini oğurladılar

26 Fevral 2021 17:19

Hazırda İtaliyada istirahətdə olan dünyaca məşhur müğənni Ledi Qaqanın köməkçisi öldürülüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin itlərini gəzdirən Rayan Fişer Los-Ancelesdə naməlum şəxslər tərəfindən güllələnib.

Şəxsiyyəti məlum olmayan iki nəfər ifaçının dörd itindən ikisini oğurlayaraq hadisə yerindən qaçıb.

Qaqa heyvanları oğurlayan şəxsləri tapana yarım milyon dollar mükafat verəcəyini açıqlayıb.

Milli.Az