Zakir Həsənov Xocalı soyqırımı abidəsini ziyarət edib - FOTO

26 Fevral 2021 15:31

Fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, abidə önünə gül dəstələri qoyulub və faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Milli.Az