Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə 304 erməni axtarışa verilib - Baş prokuror

26 Fevral 2021 15:17

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə 304 şəxsə qarşı ittiham irəli sürülüb və onlar axtarışdadır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin şəxslərin 40 nəfəri Xocalı soyqırımı, digərləri isə Meşəli, Qaradağlı, Bağanis Ayrım qətliamları və başqa cinayətlərlə bağlıdır.

Milli.Az