Hər kəs ədalətli cəzasını almalıdır - Ukraynalı ekspert

26 Fevral 2021 16:09

29 il əvvəl Xocalıda baş vermiş hadisə, mülki əhalinin, o cümlədən qadın və uşaqların kütləvi qırğını beynəlxalq humanitar hüquq baxımından hərbi cinayət, eləcə də bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir.

Milli.Az bildirir ki, bunu Trend-ə ukraynalı ekspert, professor Aleksandr Merejko deyib.

Onun sözlərinə görə, qurbanların sırf azərbaycanlı olduğuna görə qətlə yetirilməsi nəzərə alınsa, bu ağır cinayəti soyqırım aktı kimi qəbul etməyə bütün əsaslar var.

Ekspert Xocalıda cinayətlərin törədilməsində günahkar olan hər kəsin cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini vurğulayıb:

"Hazırda onlar hansı ölkələrdə olmasından asılı olmayaraq, ədalətli cəzalarını almalıdır. Bunu həm beynəlxalq hüquq, həm də ədalət tələb edir".

Milli.Az