"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC bu gün "Diriliş Ərtoğrul" filminin Azərbaycan dilinə tərcümə olunması xidmətinin satın alınması ilə bağlı müqavlə bağlayıb.
Milli.Az qaynarinfo-ya istinadla xəbər verir ki, kotirovka sorğusu əsasında imzalanan müqavilənin məbləği 134 225 manatdır.
Müqavilə fiziki şəxs Qurbanov İbrahim Vilayət oğluyla imzalanıb.
Milli.Az