Yas və toyların bərpası ilə bağlı YENİ XƏBƏR

26 Fevral 2021 11:55

Dini mərasimlər və toyların bərpası ilə bağlı müvafiq addımlar atılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, toy və yas mərasimlərinin keçirilməsinə icazə verilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir:

"Həmin qurum mütəxəssislərin pandemiya ilə bağlı rəyini nəzərə alaraq mərasimlərin keçirilməsi barədə qərarlar qəbul edəcək"

Milli.Az