Cəfərinin faydaları

27 Fevral 2021 23:10

Cəfəri ikiillik, faydalı göyərtilərdən olub çətirkimilər fəsiləsinə aiddir. Cəfərinin yarpaqları bir-birinə birləşmiş iki və ya üç ləçəkdən ibarət olub yaşıl rəngə malikdir. Cəfəri Aralıq dənizi ölkələrində yabanı halda yetişən bir birtkidir. Skandinaviya ölkələrindəın başqa bütün Avropa ölkələri cəfərinin yetişdirilməsi ilə məşğul olur. Onu hətta Amerikada, Kanada və Uzaq Sibirdə də yetişdirirlər.
Amerika, Afrika və Avropa ölkələrində cəfəridən dadlandırıcı kimi istifadə edilir. Cəfəri onların mətbəxində əsasən ədviyyat rolunu oynayır. Onun həm qurudulmuşundan, həm təzəsindən, nadir hallarda isə duza qoyulmuşundan istifadə olunur. Cəfəridən kulinariyada geniş istifadə edilir. Ondan müxtəlif salatların, şorbaların, xəmir, ət, balıq, toyuq, göbələk xörəklərinin hazırlanmasında və bəzədilməsində işlənilir. Cəfərinin toxumlarından və gövdəsindən də dadlandırıcı məqsədlərlə istifadə olunur. Onun yarpaqlarını sendviçlərə, düyü xörəklərinə, kartofa da əlavə edirlər. Avropa ölkələrində cəfəri ən məşhur ədviyyat kimi tanınır.
100 qram cəfərinin tərkibində olanlar:
- Zülallar - 3,7 qr
- Yağlar - 0,4 qr
- Karbohidratlar - 7,6 qr
- Su - 85 qr
- Kloriliyi - 49 kKal.
Cəfərinin tərkibində orqanizm üçün lazım olan çoxlu faydalı maddələr var. Onun tərkibi A, B, C, K, E, PP vitaminləri, fol turşusu, maqnium, kalium, kalsium,dəmir, yod, marqanes, sink, ftorla zəngindir. Cəfəri iştahanın artması, anemiya, anoreksiya, depressiya, mədə yarları və qastrirlər, revmatizma, həzm sistemi pozğunluqları zamanı çox faydalıdır. O bağırsaqların peristaltikasını aradan qaldırmaq və qəbizliyin müalicəsi üçün vacib qidalardan sayılır. Cəfəridən davamlı olaraq istifadə eləmək qaraciyərin içinin stimulyasiya olunmasına səbəb olur. Cəfəri dişlərin ağarmasına, diş və diş əıti xəstəliklərinin sağalmasına səbəb olur. Xalq təbabətində cəfəridən arterial təzyiqin aşağı salınması, ödqovucu, ümumi möhkəmləndirici və sidikqovucu məqsədlərlə istifadə edilir.
Onun qanda şəkərin miqdartını nəzarətə almaq və aşağı salmaq qabiliyyəti var. Tərkibində marqanesin çox olması cəfərinin sümük iliyinin bərpa olunbmasına səbəb olduğunu təsdiq edir. Cəfəri çeynəmək nəfəsi təravətləndirir və hətta  ağızdan gələn sarımsaq iyinin aradan qalxmasına səbəb olur. Cəfəri böyrəküstü, mədəaltı, qalxanabənzər vəzin fəaliyyətinə də təsir edə bilir. Şəkərli diabet, konyuktvit, oftalmin, katarakt, bəzi sidik-cinsiyyət üzvlərinin xəstəlikləri, artıq mayenin yığılması zamanı cəfəridən istifadə etməkdə fayda var.
Cəfəridən kosmetologiya sahəsində də geniş istifadə olunur. Onun tərkibində A vitamninin çox olması dəridəki qırışların aradan qalxmasına, dərinin rənginin durulaşmasına, tonuslanmasına səbəb olur.
Cəfəridən hazırlanan dəmləmə dəridəki qara nöqtələrdən xilas olmağa yardım edir. Bunun üçün 50 qram cəfərini 500 ml suda 15 dəqiqə qaynatmaq və soyuduqdan sonra gündə 3 dəfə bu dəmləmədə isladılmış tamponla üzü silmək lazımdır.
Dəridəki həssaslığı aradan qaldırmaq məqsədilə eyni miqdarda dərman zəncirotu və cəfərinin şirəsini qarışdırıb 12 saat saxlamaq və üzü silmək lazımdır. Bu dərinin piqment ləkələrindən də xilas olmasına səbəb olur.
Eyni miqdarda cəfəri, qızılgül ləçəkləri, sürvə(adaçayı) götürülür və üzərinə qaynar su əlavə edilir. 2-3 saat sonra dəmləməni kompres şəklində gözətrafı nahiyəyə qoyduqda dəri təravətlənir.
Cəfərinin zərərli xüsusiyyətrləri
Cəfərinin də digər göyərtilər kimi zərərli xüsussiyyətləri var. Onu hamiləliyin birinci üçaylığında istifadə etmək məsləhət görülmür. Buna səbəb isə cəfərinin sidikqovucu təsirə malik olmasıdır.
Uşaq əmizzdirən analara da cəfəri yeyərkən diqqətli olmaq məsləhət görülür. Belə ki, onun tərkibində olan efir yağları körpə uşaqlarda qıcıqlanmalara və həssaslığın artmasına səbəb ola bilir.
Nefrit, podaqra və sistit zamanı da cəfəridən istifadə eləmək məsləhət görülmür. Bu xəstəliklərin əlamətlərinin artmasına səbəb ola bilir.

Milli.Az