Braziliya çempionatında qalib müəyyənləşdi

26 Fevral 2021 11:39

Braziliya çempionatında bu mövsümün qalibi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Flamenqo" çempionluq titulunu qorumağı bacarıb.

Komanda son turda "Sap Paulo"ya uduzsa da (1:2), bu məğlubiyyət heç nəyi dəyişməyib. "Flamenqo"nun ən yaxın izləyicisi "İnternasional" son görüşdə "Korintians"la heç-heçə edərək, çempionluğu əldən verib. Beləliklə, "Flamenqo" 71 xalla turnirin qalibi olub.

Qeyd edək ki, ardıcıl 2 mövsüm çempion olan "Flamenqo"nun ümumilikdə 7 çempionluğu var.

Milli.Az