Regionda yeni reallıq yaransa da, Ermənistanın düşmənçilik ritorikası davam edir - Nazir

26 Fevral 2021 10:56

44 günlük müharibədən sonra regionda yeni reallıq yaranıb, yeni əməkdaşlıq imkanları mövcuddur, lakin biz yenə də Ermənistanın düşmənçilik ritorikasının, hərbi cinayətlərə əl atmasının şahidi oluruq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

C.Bayramov 10 noyabr bəyanatı imzalanandan sonra işğaldan azad edilmiş ərazilərə terrorçu qrupların göndərilməsini xatırladıb: "Terrorçu qruplar işğaldan azad edilmiş ərazilərdə ağır cinayət törədib və təbii ki, ordumuz tərəfindən zərərsizləşdirilib".

Nazir vurğulayb ki, Azərbaycan regionda dayanıqlı sülhün və əməkdaşlığın tərəfdarıdır: "Lakin Ermənistan tərəfindən düşmənçilik ritorikası davam etməkdədir".

Milli.Az