Memorial Soyqırımı muzeyi - VİDEO

26 Fevral 2021 15:59

Muzeydə Xocalı faciəsini əks etdirən tarixi faktlar nümayiş olunur

Milli.Az Real TV-yə istinadən bildirir ki, bura fevralın 26-sı 1992 ci ildə Xocalıda yaşanan dəhşətləri unutmamağımız üçün Respublika Hərbi Prokurorluğunda yaradılan memorial soyqırımı muzeyidir.

Bu muzeyin yaradılması əslində tarixi hadisədir. Muzeyə gələn yerli və əcnəbi vətəndaşlar ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin dünyada tanıdılması istiqamətində burdakı eksponatlar sayəsində kifayət qədər məlumatlar əldə edirlər. Muzey 4 bölmədən, tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarətdir.

Muzeyin soyqırım və terror bölmələrində erməni silahlı birləşmələri və MDB-nin 366-cı alayının 1992-ci ilin fevralın 26-da Xocalı şəhərinə birgə hücumunu əks etdirən maket və fotolar, habelə digər eksponatlar yerləşdirilib.

Həmin bölmədə 26 fevral 1992-ci il tarixə Xocalı və ətraf əraziləri özündə əks etdirən maket qurulub. Bütünlüklə qətlə yetirilmiş ailələrin, eləcə də qadınların, qocaların, uşaqların, müzeydə əks etdirilən fotoşəkilləri və əşyalarına baxdıqda insanı qəribə bir sükut bürüyür.

Muzeydə Erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də saxlanılır.

Muzeyin hər bir bölməsində məlumat mərkəzi quraşdırılıb. Muzeyi ziyarət edənlər erməni təcavüzkarlarının törətdikləri vəhşilikləri sübut edən əşyaların, Xocalıda, Meşəlidə, Qaradağlıda və digər yaşayış məntəqələrində cinayətin izlərini özündə əks etdirən tarixi faktların əyani şahidi olurlar. Yolunuzu bir dəfə də olsa bu muzeydən salmağa dəyər.

Milli.Az