Biz Xocalı soyqırımının günahsız qurbanları üçün ədalət tələb edirik - Hikmət Hacıyev

26 Fevral 2021 10:18

Biz Xocalı soyqırımının günahsız qurbanları üçün ədalət tələb edirik.

Milli.Az bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.

O bildirib: "Biz xatırlayırıq! Xocalı soyqırımının günahsız qurbanları üçün ədalət tələb edirik. Xocalı soyqırımının cinayətkarları Ermənistanda irqçilik, ayrı-seçkilik, etnik zəmində nifrət kimi ekstremal ideologiyalara əsaslanaraq qəhrəman kimi qəbul edilir".

Milli.Az