171 ilin avtomobil şirkəti logosunu dəyişdi - VİDEO - FOTO

26 Fevral 2021 10:54

Dünyanın ən məşhur avtomobil şirkətlərindən olan "Peugeot" rebrendinq edib.

Milli.Az bildirir ki, 1850-ci ildən bu vaxta qədər loqosunda 10 dəfə dəyişiklik edən "Peugeot" loqosunu yeniləyib. Şirkət bu dəfə də şir fiqurundan istifadə edib. Əvvəllər loqosu ayaq üstə dayanan şir olan Peju bu dəfə sadəcə şirin baş hissəsinin şəklindən yararlanıb.

"Peugeot Design Lab" tərəfindən hazırlananan loqo ilk dəfə yeni 308 modellərində istifadə olunacaq.

Bəxtiyar Umarlı
Milli.Az