“Xocalıya ithaf” adlı gənc musiqiçilərin anım konserti keçirilib - FOTO

26 Fevral 2021 10:19

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə "Gənclərə dəstək" layihəsi çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş "Xocalıya ithaf" adlı gənc musiqiçilərin anım konserti keçirilib.. Anım konserti Xocalı soyqırımının 29-ci ildönümünə həsr olunub.

Anım konsertində gənc musiqiçilərin ifasında Q.Qarayev, G.Hendel, A.Səmədzadə, A.Zeynallı, T.Albinoni, H.Xanməmmədov, V.Adıgözəlov, S.Ələsgərovun əsərləri səslənib.

"Xocalıya ithaf" adlı anım konsertində Respublika və Beynəlxalq müsabiqələr laureatları Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin müşayiəti ilə çıxış etmişdirlər: Seyid Nuray (violin), Surə Rüfət (violin), Aylin Babayeva (piano), Əmirə Terequlova (piano), Məmmədov Şöhlət (tar), Atilla Məmmədov (vokal), Xədicə Hacılı (violin), Orxan Hüseynov  (kamança),  Mahir Hacıyev (kamança), Lalə Əhmədova (bəstəkar), Teymur Kazımov (vokal), Calalə İsmayılzadə (violonçel), Yusif Abbasov (bəstəkar), Əliyeva Səyyarə (piano), Hüseynzadə Nurdan (vokal), Camalə Abdinzadə (piano), Həsənzadə Jalə (qanun), Nuranə Əliyeva (piano), Tahirov Ülvi (violin), Özcan Cabbari (violin).

Kamera və orqan musiqisi zalında Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbinin şagirdlərinin "Xocalıya ithaf" adlı rəsm əsərlərinin sərgisi də təşkil olunub.

Milli.Az