Bakıda qalereyada gözlənilməz olay - Rəsm əsərləri yandı - FOTO

26 Fevral 2021 09:39

Bakının Səbail rayonunda yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Kiçik Qala küçəsi 82 ünvanında qeydə alınıb.

Mənzil 3-də yerləşən kondisenerdə elektrik qısaqapanması səbəbindən alov yaranıb.

Nəticədə üç otaqlı mənzildə olan rəsm əsərləri yanıb. Əraziyə FHN-in yanğından mühafizə xidmətin əməkdaşları cəlb edilib.

Alov söndürülüb və soyutma işləri aparılıb.

Qeyd edək ki, mənzil incəsənət qalereyasına məxsusdur.

Milli.Az