İşsiz latviyalıların sayı keçən il 17 mindən çox artıb

26 Fevral 2021 20:31

2020-ci ildə Latviyada işsizlərin sayı əvvəlki illə müqayisədə 17,4 min nəfər (28,4 faiz) artaraq iqtisadi cəhətdən fəal əhalinin 78,7 min nəfərini təşkil edib (15-74 yaşlarında olan).

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Latviyanın Mərkəzi Statistika Bürosu yayıb.

Bildirilib ki, ötən il işsizlik səviyyəsi iqtisadi cəhətdən fəal əhalinin 8,1 faizini təşkil edib ki, bu da 2019-cu illə müqayisədə təxminən 2 faiz bəndi çoxdur. Qadınlar arasında işsizlik (7,1 faiz) kişilərə nisbətən daha azdır (9,1 faiz).

Bir ildən az müddətdə iş tapa bilməyən işsizlərin sayı 57 min nəfərədək artdığı halda, uzunmüddətli işsizlərin sayı 21,5 min nəfərədək azalıb.

Milli.Az