Əmircanda "qaz" müəmması - FOTO

5 May 2010 09:43
Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 0, mənzil 28-də yaşayan abonentin qaz borcu ilə bağlı müəyyən problemi yaranıb. Abonentin Milli.Az xəbər portalına ünvanladığı şikayət məktubunda göstərilir ki, 2009-cu il oktyabrın 1-nədək istehlak etdiyi qaza görə 287,38 manat borcu olub. Sonradan əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclar dövlət tərəfindən rəsmən silinsə də, onun 2009-cu ilin oktyabr-dekabr ayları ərzində qaz istehlakına görə ödədiyi məbləğ köhnə borcların silinməsinə sərf olunub və nəticədə həmin aylardan borcu yığılıb.
 
Məsələyə aydınlıq gətimək üçün müraciət etdiyimiz "Azəriqaz" İstehsalat Birliyi Kommersiya  Departamentinin Suraxanı rayon şöbəsinin rəisi Rəfael Əkbərov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, sözügedən şikayət tam araşdırıldıqdan sonra dəqiq qərar qəbul etmək mümkündür. Dövlət başçısının 29 dekabr 2009  tarixli "Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə"  fərmanın imzalayıb. Şöbə rəisinin sözlərinə görə, fərmana uyğun olaraq, 2009-cu il 1 oktyabrdan vətəndaşların borcu silinib: "Hətta 10 manat borcu olan abonentin də borcu silinib. Burada fərmannın icra olunmamasından söhbət gedə bilməz. Bizə daxil olan müraciətlərin hər birinə baxılır. Abonent rəsmi ərizə ilə bizə müraciət etsin, bundan sonra məsələyə rəsmi şəkildə aydınlıq gətirilsin. Abonent kitabçası bura gəlib çıxmayıb, biz yerində akt tərtib etməmişik. Aylıq göstəricini çıxarıb orta məxrəc təyin etdikdən sonra problem həll olunar. Burada ciddi problem yoxdur. Abonent kitabçası ilə bizə müraciət olunsun. 2 gün ərzində araşdırlacaq, əgər abonentin göstərdiyi problem təsdiqini taparsa, bu mütləq nəzərə alınacaq".

Anar Məmmədov
Milli.Az


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------