Səbaildə ikimərtəbəli bina alışdı

25 Fevral 2021 23:57

Səbail rayonu, Kiçik Qala küçəsi ünvanında ikimərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Milli.Az bildirir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb edilib.

Yanğınsöndürmə işləri davam etdirilir.

Milli.Az