Göygöldə tikili yanıb

25 Fevral 2021 21:12

Göygöl rayonunda vaqon tipli tikili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Balçılı kəndində ümumi sahəsi 32 m² olan vaqon tipli tikilinin taxtadan ibarət üzlüyü yanıb. Yaxınlıqdakı ot bağlamaları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az