“Qarabağ” Xocalı soyqırımına görə oyuna xüsusi forma ilə çıxdı

25 Fevral 2021 20:22

"Qarabağ" klubu Azərbaycan Premyer Liqasının XVII turunun "Səbail"lə oyununda təqdirəlayiq addım atıb.

Ağdam təmsilçisinin futbolçuları Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı meydana üzərində faciə qurbanlarının sayı (613) və "Justice for Khojaly" (Xocalıya ədalət) sözləri yazılmış xüsusi forma ilə çıxıblar.

Milli.Az