ATƏT Qarabağda vasitəçilik missiyalarını təşkil etməyə hazırdır

25 Fevral 2021 17:59

ATƏT əvvəlki kimi Dağlıq Qarabağ regionunda dayanıqlı sülhün təmin olunması üçün vasitəçilik missiyalarını təşkil etməyə hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ATƏT Parlament Assambleyasının qış sessiyasında Assambleyanın sədri Piter Lord Bauness deyib.

O bildirib ki, ATƏT Azərbaycanın bütün azad edilmiş ərazilərində dayanıqlı sülhün təmin olunmasında fəal iştirak etməyə hazırdır.

Milli.Az