Temperatur yüksəlib - FAKTİKİ HAVA

25 Fevral 2021 17:23

Milli Hidrometeorologiya Xidmətinin fevralın 25-i saat 17:00-a olan məlumatına əsasən əksər rayonlarda yağıntılar kəsib, lakin Lənkəran, Astarada qar yağmaqda davam edir.

Bu barədə Milli.Az-a Xidmətdən məlumat verilib.

Havanın temperaturu Bakıda 0, Maştağa, Binədə 1, Sumqayıtda 2 dərəcə isti qeydə alınıb.

Milli.Az