Messi Levandovski və Haalandı geridə qoydu

25 Fevral 2021 18:50

"Barselona"nın futbolçusu Lionel Messi üçün 2021-ci il uğurlu başlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, son olaraq La Liqanın 1-ci turundan təxirə salınmış "Elçe" ilə matçda (3:0) dubla imza atan argentinalı hücumçu bu il vurduğu qolların sayını 13-ə yüksəldib. Bununla da o, hazırda Avropanın beş ən böyük liqasında ən çox qol vuran oyunçudur. 33 yaşlı futbolçu "Bavariya"dan Robert Levandovski (12 qol) və "Borussiya"dan Erlinq Haalandı (10 qol) geridə qoymağı bacarıb.

Qeyd edək ki, Messi eyni zamanda La Liqada bu mövsümün ən yaxşı bombaridir - 18 qol.

Milli.Az