Yerevan səmasında Rusiya qırıcıları göründü - VİDEO

25 Fevral 2021 16:19

Ermənistanın paytaxtı Yerevan səmasında qırıcılar manevr edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunlar Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcılardır.

Baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar bu hadisəni alqışla qarşılayıblar.

Hərbi təyyarənin paytaxt üzərində uçmasının məqsədi açıqlanmır.

Milli.Az