Lavrov Ayvazyanla Ermənistandakı vəziyyəti müzakirə edib

25 Fevral 2021 15:54

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ara Ayvazyan arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, nazirlər Ermənistandakı vəziyyəti müzakirə ediblər.

Lavrov ölkəsinin Ermənistandakı vəziyyətin dinc müstəvidə həll olunacağına ümid etdiyini söyləyib.

"Rusiya Ermənistandakı vəziyyətə bu ölkənin daxili işi kimi baxır", - deyə o bildirib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb. 

Milli.Az