"Elə şeylər danışaram ki, adama içinə çıxa bilməzsən" - Güneldən Zaur Kamala

25 Fevral 2021 18:06

Zaur Kamalın "7 canlı" verilişində müğənni Günel Ələkbərovanın adını çəkməməsi və "onu efirimə qoymaram" deməsi qarşı tərəfin sərt reaksiyası ilə nəticələnib.

Milli.Az big.az-a istinadla xəbər verir ki, Günel Ələkbərova Instagram-da canlı yayım açaraq qarşı tərəfə cavab verib:

"Mənim mübarək ağzımı açdırma. Sənin haqda elə şeylər danışaram ki, veriliş aparmağı qoy kənara, adama içinə çıxa bilməzsən. Mən hər çağırılan verilişə getmirəm. Belə də ki, düz etmisən adımı çəkməmisən. Sənin başın üçün deyil mənim adımı çəkəsən".

Milli.Az