Mənzurəyə "Tünzalə" dedi, sənət adamlarını tanımadı - VİDEO

25 Fevral 2021 18:00

Xalq artisti Səməd Səmədov "Həmin Zaur" proqramında qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənniyə sənət adamlarının fotoları göstərilib. S.Səmədov onlar arasında seçim edib.

Əməkdar artist Rühəngiz Allahverdiyeva ilə Ruhəngiz Musəvinin şəklini görən Səməd R.Musəvini seçdiyini deyib.

İfaçı Mənzurə Musayevanı isə tanımayıb. O, sənətçinin şəklinə baxaraq, Tünzalə Ağayeva deyib. Səmədova daha sonra Xalq artisti Arif Quliyev və Valeh Kərimovun fotosu göstərilib. O, V.Kərimovun adını bilməyib.

Sənətçi aparıcı Aytən Səfərovu da tanımayıb.

Milli.Az