Narkotik aludəçisi özünü öldürdü

25 Fevral 2021 13:46

Bakıda intihar hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Qədirli küçəsində qeydə alınıb. Orada yaşayan 1965-ci il təvəllüdlü Əliyev Əfqan Müslüm oğlu intihar edib.

İlkin məlumata görə, o, narkotik vasitənin təsiri altında qollarını ülgüclə kəsərək özünü öldürüb. Onun narkotik aludəçisi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az