Baş Qərargah rəisi vəzifəsində qaldı - Ermənistan prezidenti Paşinyanın tələbini rədd etdi - YENİLƏNİB

25 Fevral 2021 17:02

17:02

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi və həbs edilməsi ilə bağlı qərarı prezident imzalamaqdan imtina edib.

Qeyd edək ki, prezident Armen Sarkisyan tərəfləri sakit olmağa və problemləri görüşərək həll etməyə çağırıb.

----------
12:42

Ermənistan Baş naziri Nikol Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Paşinyan feysbukda canlı yayımda bildirib.

Milli.Az