Ermənistanda kütləvi həbslər başladı

25 Fevral 2021 11:43

Ermənistanda etiraz aksiyalarına qatılan şəxslərin kütləvi həbsinə başlanılıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, dünən və bu gün müxtəlif etiraz aksiyalarında iştirak edən İrəvan sakinləri polis idarələrinə gətiriliblər. Saxlanılanların bəzilərinə cinayət işi açılacağı deyilir.

Ermənistan polisinin KİV-lə iş şöbəsindən Zarzand Qabrielyan isə 2 aksiyaçının saxlanılmasını mətbuata təsdiqləyib. Saxlanılanların həqiqi sayının daha çox olduğu bildirilir.

Milli.Az