Kosmetoloqa gedən qızın üzü dəhşətli hala düşdü

26 Fevral 2021 21:15

Kosmetoloqa gedən qız səriştəsizliyin qurbanı olub. O, prosedurdan sonra üzündə yaranan dəhşətli nəticələri sosial şəbəkə hesabında paylaşıb.

Milli.Az xəbər verir ki, bloqerin sözlərinə görə, lazerlə üz cilalama prosedurundan dərhal sonra onun üzü şişməyə və dərisi soyulmağa başlayıb. Sonra o, özünü maşında videoya çəkib. Bu vaxt kadrlarda onun dərisinin qırmızılaşdığı və iltihablandığı görünür.

İstifadəçinin dediyinə görə, evə çatdıqdan sonra dərisi qanamağa başlayıb, səhəri gün isə qəhvəyi qabığa bürünüb.

Abunəçilər qızın özünü tənqid ediblər.

"Gənc qızdır, ancaq hansısa cilalanma prosesindən keçir. Əlbəttə, başa düşürəm ki, bu, öz işinizdir, amma bu, həqiqətən paranoyadır, dəhşətli dərəcədə zərərlidir, vəziyyəti daha da pisləşdirir", "Bağışlayın, belə gənc insanlar niyə bunu edir?", "Özünüzü həqiqətənmi təbii şəkildə sevmirsiniz?", "Gənclik bir dəfə olur, onda niyə onu korlayırsınız" kimi şərhlər yazıblar. /medicina.az

Milli.Az