Pakistanla Azərbaycan arasında yeni aviareys açılır

25 Fevral 2021 10:42

"Pakistan Beynəlxalq Hava Yolları" (PIA) şirkəti Azərbaycana yeni reyslərin açılacağını elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, martın 14-dən etibarən Lahor-Bakı marşrutu ilə həftədə iki dəfə reyslər keçiriləcək.

Bundan başqa, Pakistan aviaşirkəti Əfqanıstan və Özbəkistana olan reyslərin sayını artırmağı planlaşdırır.

Milli.Az