İrəvanda etirazçılar əsas yolları bağladılar - VİDEO

25 Fevral 2021 10:44

Ermənistanda etiraz aksiyası başlayıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, paytaxt İrəvanda keçirilən aksiyanı Vazgen Manukyanın başçılıq etdiyi "Vətənin xilası üçün ittifaq" təşkil edib.

Etirazçılar bir neçə əsas yolu bağlayıb. Əsas tələb baş nazir Nikol Paşinyanın istefasıdır. "Nikol, rədd ol". "Nikolsuz Ermənistan!" şüarları səsləndirilib. Hazırda aksiya davam edir.

Milli.Az