Tarixin “11-liyi” - Messi ilə Ronaldu da var

25 Fevral 2021 11:11

Futbol tarixinin rəmzi komandası müəyyənləşib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, "11-liy"i İspaniyanın nüfuzlu "As" nəşri azarkeşlər arasında keçirdiyi səsvermə ilə tərtib edib.

Karyerasını davam etdirən futbolçulardan üçü heyətə düşə bilib. Bunlar Serxio Ramos, Lionel Messi və Kriştiano Ronaldodur.

Futbol tarixinin rəmzi komandası: İker Kasilyas, Serxio Ramos, Frans Bekkenbauer, Paolo Maldini, Roberto Karlos, Dieqo Maradona, Alfredo Di Stefano, Pele, Lionel Messi, Ronaldo, Kriştianu Ronaldu.

Milli.Az