Yaponiyada yanğın 77 hektar meşə zolağını məhv etdi

25 Fevral 2021 10:55

Yaponiyada meşə yanğınları baş verib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, genişmiqyaslı yanğın paytaxt Tokionun şimalındakı Toçiqi əyalətində yaşanıb.

Nəticədə 77 hektar meşə zolağı məhv olub. 200-dən çox ev zərər görüb. Sakinlər təxliyə ediliblər. Yanğının səbəbləri araşdırılır.

Milli.Az