Həmyerlimiz "Erciyesspor"a yenə lazım olmayacaq?

21 Yanvar 2012 16:00
Bu gün Türkiyənin Bank Asya birinci liqasında 18-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi "Erciyesspor" da bu gün növbəti oyununa çıxır.
 
Həmyerlimizin komandası evdə "Bucaspor"la qarşılaşacaq. Qeyd edək ki, "Erciyesspor" 27 xalla 5-ci pillədə qərarlaşıb. "Bucaspor" isə 23 xalla səkkizincidi.
 
Bir ara komandasının əsas heyət oyunçularından birinə çevrilsə də, son matçlarda az görünən Amitin bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilir.
 
Türkiyə Bank Asya birinci liqası
18-ci tur
21 yanvar
 
15:30. Erciyesspor - Bucaspor

Milli.Az