Dibala Barselonaya getdi

25 Fevral 2021 10:00

"Yuventus"un hücumçusu Paulo Dibalanın dizindəki zədə hələ də tam sağalmayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. Argentinalı futbolçu 10 yanvar tarixindən bəri oynamayıb. Onun adı Çempionlar Liqasının 1/8 finalında 17 fevralda keçirilən "Portu" ilə ilk matçda iştirak ərziəsinə salınıb, amma ehtiyat oyunçular skamyasında qalıb.

Bu gün 27 yaşlı hücumçu cərrah Ramon Kuqatın müayinəsi üçün Turinin tibbi qərargahının bir işçisinin müşayiəti ilə Barselona gedib.

Qeyd edək ki, dizində ağrılar olan Dibalanın yaşıl meydana qayıtma vaxtı hələ bilinmir.

Milli.Az