Conson ÜTT rəhbərini G7 zirvəsinə dəvət edib

25 Fevral 2021 07:45

Britaniyanın baş naziri Boris Conson Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okondjo-Ivealunu cari ilin iyun ayında İngiltərənin Kornuol şəhərində keçiriləcək G7 sammitinə dəvət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, B.Consonun idarəsinin yaydığı məlumatda bildirilir.

"Baş nazir önümüzdəki aylarda Okondjo-Iveala ilə yaxından əməkdaşlıq etməyi səbirsizliklə gözləyir və onu G7-nin iyun sammitində Kornuoldada qəbul etməkdən məmnun olacaq", - məlumatda deyilir.

Milli.Az