Bakıda isinməyə ehtiyacı olan şəxslər bu sığınacaqlara üz tutur - FOTO

24 Fevral 2021 17:42

Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, onlar Bakının Yasamal, Nərimanov, Binəqədi, Sabunçu və Xəzər rayonlarında qurulub.

Bu işlərə nəzarət RİİB-in könüllüləri və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən aparılır.

Milli.Az