“Azərişığ”ın əməkdaşları qarlı havada iş başında - VİDEO

24 Fevral 2021 17:54

"Azərişıq" ASC-nin əməkdaşları qarlı və şaxtalı havada əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün səfərbər olunublar. 

Milli.Az xəbər verir ki, ötən gündən bəri davam edən qar və çovğun səbəbindən qurum əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Gün ərzində buzlaşma və yüklənmə səbəbindən elektrik xətlərində baş verən qəzalar aşkar edilərək aradan qaldırılır.

Milli.Az