Apple qlobal smartfon satışında liderliyini bərpa etdi

25 Fevral 2021 23:15

Gartner analitik şirkəti dünya smartfon bazarına dair statistik məlumatlar yayımlayıb. Statistik məlumatlara görə, ötən ilin dördüncü rübündə Apple şirkəti satılan cihazların sayına görə birinci yerə yüksəlib. Hesabatda deyilir ki, 2016-cı ildən bəri ilk dəfə Apple bu göstəricidə Samsung və Huawei geridə qoya bilib. Keçən ilin dördüncü rübündə Apple təxminən 80 milyon smartfon satıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkətin qlobal bazarda payı 20,8%-ə qədər artıb.

Gartner mütəxəssisləri bu dinamikanın 5G dəstəyi olan iPhone 12 və iPhone 12 mini modellərinin buraxılması ilə əlaqəli olduğunu düşünürlər. İkinci yeri 62,11 milyon smartfonu satılan və bazar payı 16,2% olan Samsung şirkəti tutub.

Üçüncü sıra 43.43 milyon cihaz satan və dünya bazarının 11.3%-ni tutan Xiaomi tərəfindən tutulub. Dünya liderlərinin ilk beşliyinə ABŞ sanksiyalarının tətbiq edilməsinə görə satışları kəskin şəkildə aşağı düşən OPPO və Huawei də daxil olub.

Ümumiyyətlə, keçən ilin dördüncü rübündə smartfon satışlarının qlobal həcmi 5.4% azalıb. Mütəxəssislər bu dinamikanı koronavirus pandemiyası və qlobal tədarük zəncirindəki fasilələrlə əlaqələndirirlər.

Milli.Az